Quduzluq | infeksion xəstəliklər

Quduzluq

Quduzluq

Quduzluq

Quduzluq hər hansısa heyvanın dişləmə və ya yaralaması nəticəsində yayılan virusdur.Simptomları göründüyü zaman,adətən xəstəni xilas etmək üçün çox gec olur.
Ancaq quduz virusuna məruz qalmış bir adam,davamlı şəkildə müalicəyə müraciət etsə,effektiv nəticə əldə edə bilər.

Quduzluqla bağlı faktlar

Quduzluq viral bir xəstəlikdir və demək olar ki həmişə yoluxmuş bir heyvan dişləməsi ilə ötürülür.
Virusun daha çox meydana gəldiyi bir coğrafiyada,heyvanlar tərəfindən dişlənilən hərkəs müalicə almalıdır.
Müalicənin uğurlu olması üçün simptomlar görünməzdən əvvəl xəstəyə müdaxilə edilməlidir.
Simptomlar nevroloji problemləri,işıq və su qorxusunu ehtiva edir.
Ev heyvanlarını peyvəndləmə xəstəliyin qarşısını almaqda və nəzarət etməkdə kömək edir.

Quduzluq nədir?

Heyvanları quduzluqdan qorumaq üçün itlərə və pişiklərə peyvənd vurun.Çünki,quduzluq əsasən yoluxmuş heyvandan yayılan bir viral infeksiyadır.Rhabdovirus ailəsinin RNT virusudur.
Erkən müalicə olmasa xəstəlik ölümlə nəticələnir.
Virus bədənə iki yolla təsir edə bilər:

Birbaşa periferik sinir sisteminə (PNS) daxil olub beyinə gedir.
O sahibin bədənində şərait olduqda əzələ toxumasında çoğalır. Buradan, sinir sisteminə neyromuskular yollarla daxil olur.Sinir sistemə daxil olan virus beynin kəskin iltihabını meydana gətirir. Tezliklə koma və ölüm halları baş verir.

İki növ quduzluz vardır.

Kəskin və ya ensefalitik quduzluq: Bu,halların 80 faizində olur.Bu zaman xəstədə hiperaktivlik və hidrofobiya əmələ gələ bilər.
Paralitik və ya “lal” quduzluq: Paraliz dominant simptomdur.

Yoluxma

Quduzluq xüsusilə Asiya və Afrikada kimi çox sayda nəzarətsiz küçə itlərinin mövcud olduğu ölkələrdə çox yayılmışdır.
Ağız suyu ilə keçir.Yoluxmuş bir heyvan hansısa şəxsi dişləyərsə,bu zaman tüpürcəklə açıq yara və ya göz və ağız kimi selikli qişalar yoluxub infeksiya inkişaf edə bilər.Bu virus,zədələnməmiş dəridən keçə bilmir.
ABŞ – da yenotlar,çaqqallar, yarasalar və tülkülər virusu ən çox yayan heyvanlardır.
Hər hansı bir məməli virusu yerləşdirə və ötürə bilir,lakin gəmiricilər kimi kiçik məməlilər nadir hallarda yoluxmuş olur və ya quduzluğu yoluxdurur.Dovşanlar əsasən quduzluğu yoluxdurmur.

Simptomlar

Quduzluq 5mərhələdə inkişaf edir:

•İnkubasiya
•Prodromal
•kəskin nevroloji period
•koma
•ölüm

İnkubasion dövr

Bu simptomlar görünənə qədər olan vaxtdır.Əsasən 3-12 həftə arasında davam edir,ancaq 5 gün və ya 2 ilə qədər də çəkə bilər.
Dişlənən yerin beyinə nə qədər yaxın olması simptomların yaranma tezliyinə təsir edə bilər.
Simptomlar göründüyü vaxt quduzluq əsasən ölümcül olur.Virusa  yoluxduğu şüphə edilən hərkəs simptomları gözləmədən tibbi yardım almalıdır.

Prodromal dövr

Erkən qripəbənzər simptomlar:

•38dərəcə vvə daha yuxarı temperatur
•Baş ağrısı
•Anksiyete,narahatlıq
•Əsasən əzgin hissetmək
•Boğaz ağrısı və öskürmə
•Ürəkbulanma və qusma
•Dişlənən yerdə diskomfort

Bu 2-10 gün çəkir və zamanla daha da ağırlaşır.

Kəskin nevroloji simptomlar

Nevroloji simptomlar:

•Narahatlıq və aqressiya
•Parez və qeyri-ixtiyari əzələ hərəkətləri,boyun əzələ gərginliyi
•Qıcolmalar
•Hiperventilyasiya və çətin nəfəsalma
•Hipersalivasiya-ağız suyu ifrazı artır və ağızdan köpük gələ bilir
•Udmada çətinliklə birgə,hidrofobiya-su qorxusu
•Hallusinasiyalar,kabus və yuxusuzluq
•Priapizm və ya kişilərdə daimi ereksiya
•Fotofobiya-işıqdan qorxu

Bu mərhələnin sonunda tənəffüs tezləşir və səthi olur.

Koma və ölüm

Şəxs komaya girərsə və ventilyatora qoşulmazsa,ölüm bir neçə saat ərzində baş verə bilər.Bu mərhələdə olan nadir xəstələr sağala bilir.
Quduzluq niyə su qorxusuna səbəb olur?
Boğazda udqunma zamanı spazmlar yaranır.Hətta suyun udulması düşüncəsi belə spazmlara səbəb ola bilər.Bu qorxunun yaranma səbəbidir.
Hipersalivasiya ehtimal ki, virusun sinir sistemi üzərində təsirindən qaynaqlanır.
Əgər xəstə şəxslər tüpürcəyi udsaydı,bu xəstəliyin başqasına yoluxma ehtimalını azaldardı.

Diaqnoz

Bir heyvanın quduz olub olmadığını və ya infeksiyaya yoluxub sonra sağaldığını müəyyən etmək üçün bir yol yoxdur.
Yalnız laborator testlər anticisimləri göstərə bilər,ancaq bu xəstəliyin inkişafı zamanı görünməyə də bilər. Virus tüpürcəkdən və ya dəri biyopsı ilə müəyyən edilə bilər. Lakin,diaqnoz qoyulana qədər olan vaxtda,hərəkətə keçmək üçün çox gec ola bilər.
Bu səbəblə,təsdiq edilmiş bir diaqnoz gözləmədən xəstə profilaktik müalicə kursuna başlayacaqdır.Şəxs heyvan tərəfindən dişlənərsə və sonra virus ensefaliti əlamətləri meydana çıxarsa,quduzluq ehtimal edilərək müalicə edilməlidir.

Müalicə

Şəxs quduzluq ehtimalı olan heyvan tərəfindən dişlənibsə və ya açıq yaraya heyvanın ağız suyu dəyibsə,şəxs dərhal 15 dəqiqə yaranı sabunlu su,yod və yaxud deterjanla yumalıdır.Bu,viral hissəciklərin sayını minimuma endirir.Daha sonra bu şəxslər tibbi yardım almalıdırlar.
Simptomlar başlamazdan əvvəl, bir sıra müdaxilələr virusun inkişaf etməsinə mane ola bilər. Bu adətən effektiv olur.

Müdaxilələrə daxildir:

Tez təsir göstərən quduzluğa qarşı imunoqlobulin: Ən tez müddətdə yaraya yaxın bir yerə vurulur, bu, virusun təsir göstərməyinə mane olur.

Bir sıra quduzlu peyvəndləri: Bunlar növbəti 2 ilə 4 həftə ərzində qola inyeksiya ediləcəkdir.Bu zaman bədən yoluxduqda virusla mübarizə apara bilir.
Heyvanların quduzluğunun olub-olmamasını öyrənmək adətən mümkün deyildir.Ona görə də ən pisi qəbul etmək və peyvəndə başlamaq məsləhət görülür.
Simptomlar başladıqda sonra nadir hallarda xəstələr sağalır.Bu mərhələ ölümcül hesab edilir və effektiv müalicəsi yoxdur.
Simptomları olan bir şəxsin mümkün qədər rahatlığı təmin olunmalıdır.Xəstənin tənəffüs yardımına da ehtiyacı ola bilər.

Ağırlaşmalar

Quduzluq ciddi bir xəstəlikdir,lakin xəstəliyə qarşı individual və hökumət nəzarəti xəstəlik ehtimalını azaldır və bəzi hallarda onu tamamilə silə bilir.
Nəzarətə daxildir:

•Bütün küçə və ev heyvanları üçün müntəzəm anticisim vaksinləri
•Bəzi ölkələrdən heyvanların idxalında qadağa və məhdudiyyətlər
•Bəzi yayılmış yerlərdə yaşayan insanların vaksinasiyası
•Xəstəliklə bağlı maarifləndirmə tədbirlərinin aparılması
Kanadada və ABŞ-da quduzluğu olan yenotların sayını azaltmaq üçün heyvanlara içində peyvənd olan yeməklər verilir.

İsveçrədə dövlət orqanları İsveçrə Alplərində peyvəndli toyuq başlarını payladılar.Tülkülər peyvəndli toyuqları yeyərək özlərinə immunitet qazandılar və ölkə demək olar ki,quduzdan təmizləndi.

İndividual tədbirlər

İnsanlar quduzluqla yoluxma ehtimalını azaltmaq üçün bir sıra individual tədbirlər görməlidir.
Heyvanların vaksinasiyasi:pişik,it,quş və digər ev və ya təsərrüfat heyvanlarınızı peyvəndlərinə vaxtında nəzarət edin.
Kiçik heyvanları qoruyun: Bəzi ev heyvanları peyvənd edilə bilməz və bu halda onlar yabanı yırtıcılarla təmasdan qorunmaq üçün qəfəsdə və ya evdə saxlanılmalıdır.
Dövlət orqanlarına xəbər verin:Ətrafda gəzən heyvanları görürsünüzsə, yerli heyvan nəzarəti orqanları və ya polis bölmələri varsa onlar ilə əlaqə saxlayın
Vəhşi heyvanlara yaxınlaşmayın: Quduz heyvanlar adi hallardan daha aqressiv ola və insanlara daha çox yaxınlaşa bilər.
Yarasaları evdən uzaq tutun:Yarasaların yuva salmaması üçün evinizi bağlı tutun.Evinizdə artıq yarasa varsa,onun yuvasını aradan qaldırmaq üçün bir mütəxəssisə müraciət edin.

2015-ci ildə bir qadın, gecə boyu yarasa tərəfindən dişləndikdən sonra quduzdan öldü.O,dişləndiyini hiss etməmişdi.

Səyahət

Quduzluğun yayıldığı bir əraziyə səyahət və ya kamp kimi quduzluğu ola biləcək yabanı heyvanlarla təmasda ola biləcəyiniz fəaliyyətlərdə iştirak edən hər kəs,peyvənd üçün həkimə müraciət etməlidir.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin

ARZU
2022-12-14 10:55:41

Mavi










Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?