REGİONAL ANESTEZİYA ZAMANI İNFEKSİON AĞIRLAŞMALAR | infeksion xəstəliklər

REGİONAL ANESTEZİYA ZAMANI İNFEKSİON AĞIRLAŞMALAR

REGİONAL ANESTEZİYA ZAMANI İNFEKSİON AĞIRLAŞMALAR

Regional anesteziya texnikaları bir çox cərrahi prosedurların həyata keçirilməsi üçün mükəmməl anestetik və anelgetik şərait təmin edir. Buna görə də regional anesteziya bütün dünyada məşhurluq qazanmaqdadır. Regional anesteziyanın ümumi anesteziyadan bir sıra üstün cəhətləri vardır ki, bunlara daha az xəstələnmə və ölüm göstəricisi, üstün postoperativ anelgeziya və xərclərin daha az olması aiddir. Buna baxmayaraq, regional anesteziyadan sonrakı nevroloji zədələnmələr xəstələrə və onların ailələrinə narahatlıq törədə bilər. Regional anesteziyanın ağırlaşmaları əsasən kiçik, asanlıqla müalicə oluna bilən olur və nadir hallarda əmələ gəlir, amma bəzən ciddi və qalıcı zədələnmələrə səbəb ola bilər. Mərkəzi neyroaksial blokla əlaqəli nevroloji ağırlaşmalar iynənin və ya kateterin düzgün daxil edilməməsi nəticəsində sinir toxumasını zədələnməsinə gətirib çıxara bilər, eyni zamanda toksik və infeksion agentlər ağırlaşmalara səbəb ola bilər. 

 İnfeksion ağlrlaşmalar
 İnfeksion ağırlaşmalar istənilən anestetik texnika zamanı baş verə bilir. Bunlar çox zaman neyroaksial anesteziya və analgeziya zamanı baş verir və ağır xəstələnmə və ölümə səbəb ola bilir. Bunlara absess əmələ gəlməsi, nekrotik fassit, meningitlər, araxnoidit, paraliz və ölüm aiddir. Mərkəzi və periferik sinir sisteminin ciddi infeksiya riski aşağıdır və bloklanma zamanı sterillik ciddi şəkildə gözlənilərsə infeksiyanın baş vermə mümkünlüyü çox azdır. Son epidemioloji araşdırmalar göstərmişdir ki, neyroaksial texnikalarla əlaqəli infeksion ağırlaşmalar arasında böyük uyğunsuzluqlar var. Spinal-epidural absesslərin və meningitlərin baş vermə nisbəti 1:10000-də 1:40000-ə kimidir. Aromaa daha aşağı infeksion ağırlaşma nisbətinin  (1:100000). Bunun əksinə olaraq Wanq epidural anesteziyadan sonra epidural absesslərin rastgəlmə intensivliyinin 1:1930 və qalıcı nevroloji defisit hallarının 1:4343 olduğunu göstərmişdir.  Bu müxtəliflik müxtəlif faktorlarla açıqlana bilər; məlumatların toplanması zamanı müxtəlif texnikalardan istifadə, postoperativ monitorinq prosesində aseptik üsullardan istifadə və antibiotiklərin tətbiqindəki fərqlər, infeksiya və kolonizasiya anlayışlarının müxtəlif cür qəbul edilməsi bu göstəricilər arasındakı uyğunsuzluğun əsas səbəbidir. Periferik nevral kateterlərlə əlaqəli infeksiya hallarının intensivliyi barədə kifayət qədər məlumat yoxdur. Capdevila göstərmişdir ki, periferik nevral kateterlərin 29%-i kolonizasıyalaşır və bunlarında 3%-də yerli iltihabi proses əmələ gəlir.

 İnfeksiya yolları
 İnfeksion ağırlaşmaların etiologiyası adətən qeyri-müəyyən qalır. Potensial infeksiya yollarına aseptik olmayan şprislər və kateterlər, lokal anestetiklər aiddir. Sərt qişanın funksiyası uzun müddət meningitlərin patogenlərində risk faktoru hesab olunub. Bundan əlavə intrafekal boşluğa iynə daxil edilərkən boşluğa qanın daxil olması və qan-beyin baryerinin qoruyucu funksiyanın pozulması infeksiyanın daxil olma yollarından biridir.
 Dəridəki bakteriyalar kateterin daxil edildiyi yerdən epidural boşluğa keçə bilir. Bu fikir epidural absesslərin törədiciləri olan Staphylococcus aureus növlərinin xəstənin dərisindəki floradakılarla eyni olmasını göstərən Saguraki tərəfindən təsdiqlənir.
 Kindler müəyyən etmişdir ki, epidural kateter mənşəli infeksiyaların 83%-i dəri üzərindəki bakterial floraya tipik olan Staphylococcus aureuslar tərəfindən törədilir. Dəri səthində ən çox rast gəlinən orqanizm S. epidermidis (65-69%) olmasına baxmayaraq, epidural infeksiyalar zamanı ən əsas törədici S. aureusdur ( dəri florasının 1-2%-ni təşkil edir). Burdan belə nəticəyə gəlmək olar ki, S. aureus digər mikroorqanizmlərə nisbətən dezinfektantlara daha davamlıdır. Buna baxmayaraq epidural absesslərin formalaşması daxili kateterlərə yox, infeksiyaların dəri, yumşaq toxuma, onurğa və qan vasitəsi ilə epidural boşluğa yayılması ilə əlaqəlidir. 

Risk faktorları
Risk faktorlarına, gizli sepsis, diabet, zəifləmiş immun vəziyyət, steroid terapiyası, lokal infeksiya aiddir. Neoplazm orqan transplantasiyasından sonra immunosupressiv vəziyyətdə olanlar və HJV və herpes simplex viruslu xəstələrdə adətən neyroaksial blok tətbiq edilmir. Bu xəstələr opportunist patogenlərin törətdiyi infeksiyalara həssasdırlar. Anaestezioloqlar sepsisi spinal və ya epidural anesteziya üçün əsas göstəriş hesab edirlər. Amma, əgər epidural anesteziyanın və ya analgeziyanın aşkar avantajı varsa, septiki vəziyyət əsas göstəriş kimi qiymətləndirilməlidir. Mərkəzi sinir sisteminin hematogen infeksiyalara yoluxma mexanizminin subaraxnoidal və ya epidural punksiya zamanı təsadüfən hər hansı damarın zədələnməsi olduğu düşünülür. Punksiyadan əvvəl antibiotiklər profilaktika məqsədi ilə xəstələrə verilməlidir və xəstələr epidural absessin inkişafına qarşı daim ciddi nəzarət altında olmalıdırlar. İnfeksiyon ağırlaşmaların artan mümkünlüyünə görə xəstələrdən bu barədə razılıq alınmalıdır. Regional anestetik üsulların tətbiqi individual əsaslı olmalıdır və regional anesteziyanın üstün cəhətləri  bakteremik xəstələrdə MSS infeksiyalarının yarana bilmə ehtimalı nəzərə alınmalıdır. Mövcud məlumatlar göstərir ki, uyğun antibiotik terapiyası tətbiq olunduğu təqdirdə sistemik infeksiyaları olan xəstələrdə regional anesteziya tətbiq oluna bilər. Meningit və epidural absess neyroaksial blokun ağırlaşmalarıdır və fərqli törədicilər tərəfindən törədilir. Stafilokokklar əsasən epidural absesslərlə əlaqələndirilir və çox hallarda immun zəifliyi olan xəstələrdə baş verir. Dural punksiya sonrası əmələ gələn meningit adətən alfa-hemolitik streptokokklar tərəfindən törədilir və bu infeksiyaların əsas mənbəyi anestezioloqun burun, udlağı olur.

Simptomlar, əlamətlər və diaqnostika
 Mövcud epidural infeksion ağırlaşmaların əsas siqnalları lokal gərginlik, dəridə kateterin daxil edildiyi nahiyədə infeksiya əlamətləri və onurğa ağrılarıdır. Nəticədə aşağı ətraflardakı zəiflik, hissiyatın itməsi və onurğa ağrıları olduğu təqdirdə sfinkterlərin idarə olunmasının itirilməsi əlamətləri ortaya çıxır. Epidural absessin formalaşması adətən nevral blokdan bir neçə gün və ya həftə sonra baş verir və qızdırma və leykositlərlə özünü göstərir. Amma, bəzən epidural absess paraplegiya şəklində təzahür edə bilər və onurğa ağrıları və qızdırma əlamətləri olmaya bilər.KT diaqnozun təsdiqlənməsinə yardımçı ola bilər, lakin, KT 50% hallarda səhv, neqativ nəticələr də verə bilər. Ən həssas diaqnostik üsul MRT-dir.

 İnfeksiyon ağırlaşmaların müalicəsi
 Epidural və ya spinal anesteziyadan sonra absesslər səthi (kiçik cərrahi axacaq və intravenoz antibiotiklərin tətbiqi kifayətdir) və dərin ( onurğa beyninin sıxılmasına səbəb ola bilər) olurlar. Dərin absesslərin çox nadir hallarda formalaşması müsbət cəhətdir. Çünki belə absesslərin müalicəsində qənaət bəxş nəticə əldə etmək üçün ciddi və erkən cərrahi müdaxilə etmək və onurğa beyninin kompressiyasını aradan qaldırmaq lazımdır.
  Nevroloji simptomları minimal olan və ya olmayan xəstələrin yalnız antibiotiklərdən istifadə etməklə müalicəsi mümkündür.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?