Respirator Sinsitial Virus(RSV) | infeksion xəstəliklər

Respirator Sinsitial Virus(RSV)

Respirator Sinsitial Virus

Respirator Sinsitial Virus ağciyərləri və tənəffüs yollarını zədələyən yüksək yoluxma qabiliyyətinə malik virusdur. Bir çox uşaqlar təxminən 2 yaşında bu virusa yoluxurlar. Lakin hər bir insan yaşından asılı olmayaraq bir neçə dəfə bu xəstəliyə youxa bilərlər. Ssimptomlar soyuqdəymə simptomları ilə oxşardır. Hal-hazırda bu virusa qarşı vaksin mövcud deyi, lakin tədqiqatçılar vaksin əldə etmək üçün çalışırlar.

 

Əsas məlumatlar

  • RSV əsasən orta ağırlıqlı, soyuqdəyməyə bənzər simptomlarla – öskürək, asqırmaq, qızdırma və burun axması kimi əlamətlərlə keçir.
  • Uşaqlarda və yetkin şəxslərdə RSV səbəbi ilə pnevmoniya ə bronxioit kimi ağır xəstəliklər yarana bilər.
  • Bir çox uşaqlar təxminən 2 yaşında RSV-ə yoluxurlar. Buna baxmayaraq, bu xəstəliyə hər yaşda və bir neçə dəfə yoluxma mümkündür.
  • RSV ətrafdakı xəstə insanın öskürməsi, asqırması yolu ilə ya da xəstə insan ilə eyni qablardan və əşyalardan istifadə etdikdə yoluxur.

Profilaktika qaydaları

  • Əlləri tez-tez və ən az 20 saniyə müddətində sabunla yumaq və uşaqlara da bunu tətbiq etməyi öyrətmək.
  • Öskürdükdə və asqırdıqda ağızı və burunu dəsmalla tutmaq və sonra həmən dəsmalı atmaq.
  • Yuyulmamış əllərlə buruna, ağıza və gözlərə toxunmaqdan yayınmaq
  • Xəstə insanlarla yaxın təmasdan, məsələn öpüşmək, əşyaları və yemək əşyalarını paylaşmaqdan yayınmaq
  • Oyuncaqlar və qapı dəstəyləri kimi tez-tez toxunulan səthləri təmizləmək və dezinfeksiya etmək.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

herpes, yara, xestelik

Herpes

Black wound, Qarayara

Qarayara

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?