Sifilis | infeksion xəstəliklər

Sifilis

Sifilis

Sifilis

Sifilis Treponema pallidum kimi tanınan bakteriyaların yaratdığı və cinsi yolla ötürülən bir infeksiyadır.Sifilisin ilk əlaməti kiçik,ağrısız yaradır.Bu şankr adlanan yaralar cinsi orqanlarda, rektumda və ya ağız içində görünə bilər. İnsanlar çox vaxt bunun gec fərqinə varır.
Sifilisə diaqnoz qoymaq bəzən çətin ola bilir.İllərdir xəstə olan şəxsdə simptomlar görünməyə də bilər.Ancaq erkən sifilis daha tez təyin olunur.Uzun müddət müalicə olunmayan sifilis ürək və beyin kimi əhəmiyyətli orqanlara ciddi zərər verə bilər.
Sifilis yalnız sipilitik şankrlarla birbaşa təmasda yayılır.Xəstə bir şəxslə tualet bölüşmək,eyni geyimi geyinmək və ya şəxsin məişət əşyalarını istifadə etmək xəstəliyi yoluxdura bilməz.

Müxtəlif mərhələlərdə simptomlar

Sifilisin dörd mərhələsi aşağıdakılardır:

•Birincil
•İkincil
•Gizli
•Üçüncü

Sifilisin ən yüksək yoluxuculuq dərəcəsi ilk iki mərhələsində  olur.Sifilis gizli mərhələdə olduqda aktiv olaraq qalır, lakin adətən simptomları yaşanmır.Üçüncülü sifilis klinikada ən çox zədələyici sifilis kimi tanınır.

Birincil sifiliz

Sifilisin birinci mərhələsi bakteriya yoluxduqdan 3-4həftə sonra baş verir.Bu şankr adlanan kiçik,yumru yara ilə başlayır.Bu şankr ağrısızdır,lakin yüksək dərəcədə yoluxucudur.Bu yara ağız, cinsiyyət orqanları və ya rektum kimi bakteriyanın bədənə daxil olduğu yerlərdə görünə bilər.
Orta hesabla yara yoluxmadan 3 həftə sonra ortaya çıxır,ancaq bu vaxt 10-90 gün arasında dəyişə də bilər.Yaralar meydana gəldiyi yerdə 2-6 həftə qalır.
Sifilis yara ilə birbaşa təmas zamanı ötürülür. Bu, adətən, oral seks də daxil olmaqla cinsi əlaqə zamanı baş verir.

İkincili sifilis

Sifilisin ikinci mərhələsində səpkilər və boğaz ağrısı inkişaf edə bilər.Bu səpkilər qaşıntı vermir və adətən ovuc və ayaq səthlərində olmaqla bədənin hər hansı bir yerində baş verə bilir.Bəzi insanlar,yayılmadan əvvəl səpkiləri görmürlər.

İkinci dərəcəli sifilisin digər simptomları:

•baş ağrıları
•şişkin limfa düyünləri
•yorğunluq
•Yüksək hərarət
•çəki itirmək
•saç,kiprik kimi tüklərdə tökülmə
•oynaqlarda ağrı

Bu simptomlar müalicəsiz də keçə bilir.Ancaq müalicə edilməzsə sifilis daha uzun çəkir.
İkinci sifilis bir çox hallarda digər xəstəliklərlə səhv salınır.

Latent sifilis

Sifilisin üçüncü mərhələsi latent və ya gizli mərhələdir.Birincili və ikincili simptomlar bu mərhələdə yox olur və nəzərəçarpan bir əlamət olmur.Ancaq bakteriyalar bədəndə qalır.Bu mərhələ III mərhələyə keçmədən illərlə davam edə bilər.

Üçüncülü sifilis

İnfeksiyanın son mərhələsi üçüncü dərəcəli sifilisdir. Mayo Klinikasının məlumatlarına görə, sifilis üçün müalicə almayan insanların təxminən 15-30 faizi bu mərhələyə keçid edir.Üçüncü mərhələ sifilis həyat üçün təhlükəli ola bilər. Üçüncü mərhələ sifilisin digər yarana biləcək nəticələrinə aşağıdakılar daxildir:

•korluq
•karlıq
•psixi problemlər
•yaddaş itkisi
•yumşaq toxuma və sümük zədələnmələri
•iflic və ya meningit kimi nevroloji xəstəliklər
•ürək xəstəliyi
•beyin və ya onurğa beyni bir infeksiyası olan neyrosifilis

Diaqnoz

Əgər sifilisdən şüphələnirsinizsə ən qısa zamanda həkimə müraciət edin.Diaqnoz üçün qan götürülür və hərtərəfli fiziki müayinə keçirilir.Əgər yara varsa, həkiminiz sifilis bakteriyasının mövcud olub-olmadığını müəyyən etmək üçün yaradan nümunə götürə bilər.
Həkiminiz üçüncü dərəcəli sifilis səbəbiylə sinir sistemi problemi yaşadığınızdan şüphələnərsə,lumbar punksiya və ya onurğa beyni mayesi nümunəsi götürə bilər.Bu prosedur zamanı spinal maye həkimin sifilis bakteriyalarını təyin edə bilməsi üçün götürülür.
Hamilə olduğunuz halda,həkiminiz sifilisə qarşı müayinələr apara bilər, çünki bakteriyalar sizin xəbəriniz olmadığı halda da bədəninizdə ola bilər.Bu tədbir dölün sifilis ilə yoluxmasının qarşısını almaq üçündür.Kongenital sifilis yenidoğulmuşlarda ağır zədələnmələrə səbəb ola və hətta ölümcül ola bilər.

Müalicə

Birincili və ikincili sifilis mərhələlərini penisilin inyeksiyası ilə müalicə etmək asandır.Penisilin ən çox istifadə edilən antibiotiklərdən biridir və sifilis müalicəsində adətən effektiv olur.Penisilinə allergiyası olan insanlar isə digər müxtəlif antibiotiklərlə müalicə olunurlar:

•Doksisiklin
•Azitromisin
•Seftriakson

Neyrosifilisiniz varsa,intravenoz gündəlik penisilinin dozasını qəbul edəcəksiniz.Bu,əsasən qısa bir müddətlik xəstəxana rejimi tələb edir.Təəssüf ki,gecikmiş sifilisdən geriyə inkişaf(sağalma) yarana bilməz.Bu zaman bakteriyalar öldürülə bilir,lakin müalicə adətən sadəcə ağrı və narahatlığı azaltmağa yönəldilir.
Müalicə ərzində bədəninizdəki bütün yaralar sağalana qədər və həkiminiz sizə təhlükənin keçdiyini deyənə qədər cinsi əlaqədən çəkinin.Sifilisli xəstə cinsi əlaqədə olduqda,partnyoru da müalicə edilməlidir.Hər iki tərəf müalicəni tamamlayana qədər cinsi fəaliyyəti dayandırmalıdır.

Profilaktika

Sifilisin qarşısını almaq üçün ən yaxşı yol,cinsi əlaqə zamanı qorunma tədbirləri tətbiq etməkdir.İstənilən cinsi əlaqə zamanı prezervativlərdən istifadə edin.Bundan əlavə aşağıdakılar faydalı ola bilər:

•Oral cinsi əlaqə zamanı dental dam (lateks kvadrat parça) və ya prezervativdən istifadə edin.
•Cinsəl əşyalarınızdan istifadə edərkən gigiyenik tələblərə əməl edin və onları kiminləsə bölüşməyin.
•Cinsi xəstəlikləriniz üçün müayinə olunun və onların nəticələrindən partnyorunuzu da xəbərdar edin.

Sifilis də iynə vasitəsilə də ötürülə bilər.İnyeksiya olunan dərmanlardan istifadə edərkən iynənizi başqası ilə paylaşmaqdan çəkinin.

Ağırlaşmalar

Hamilə qadınlar və yenidoğulmuşlar

Xəstəliyə yoluxan analar,düşük,ölü doğum və ya erkən doğum riski altındadır.Sifilisli bir anadan xəstəliyin dölə keçmə riski də var. Bu kongenital sifilis adlanır.
Kongenital sifilis həyat üçün təhlükəli ola bilər. Kongenital sifilis ilə doğulmuş olan uşaqlarda aşağıdakılar müşahidə oluna bilir:

•deformasiyalar
•inkişafdan qalma
•qıcolma tutmaları
•səpkilər
•qızdırma
•şişmiş qaraciyər və ya dalaq
•anemiya
•sarılıq
•infeksion yaralar

Körpə doğuşdan sifilis olarsa və bu təyin edilməzsə,körpədə gecikmiş sifilis inkişaf edə bilər.Bu zədələnmələrə səbəb ola bilər:

•sümüklərdə
•dişlərdə
•gözlərdə
•qulaqlarda
•beyində

HİV

Xəstəliyə yoluxmuş insanlarda HİV-ə yoluxma şansı daha yüksək olur.Bu xəstəliyin yaraları,HİV-in bədənə daxil olmasını asanlaşdırır.
Qeyd etmək vacibdir ki, HİV olanlar HİV olmayanlara nisbətən müxtəlif sifilis əlamətləri ilə üzləşə bilərlər. HİV varsa, sifilis simptomlarının təyini barədə həkimlə danışın.

Kimlər test olunmalıdır

Sifilisin ilk mərhələsi asanlıqla təyin edilə bilmir.İkinci mərhələdə simptomlar digər xəstəliklərlə eyni,ümumi simptomlardır.Aşağıdakılardan hər hansısa biri özünüzdə varsa,sifilis üçün test olunmaq haqqında düşünün.Heç bir simptom olmadıqda belə.Müayinə olunmalıdır:

•Sifilisə sahib olma ehtimalı olan biri ilə kondomsuz cinsi əlaqəyə girən şəxs
•Hamilələr
•Seks işçiləri
•Həbsxanada həyat keçirən şəxs
•Tez-tez cinsi partnyor dəyişən şəxs
•Bir çox insanla cinsi əlaqədə olan şəxs
Əgər testin cavanbı müsbət çıxarsa,tam müalicəni başa çatdırmaq vacibdir. Simptomların yox olmasına baxmayaraq, antibiotiklərin tam kursu tamamlanmalıdır. Həkiminiz təhlükəsiz olduğunu deyənə qədər bütün cinsi aktlardan qaçının.HİV üçün test olunun.
Sifilis testi müsbət olan insanlar,son cinsi partnyorlarına məlumat verməlidirlər ki,onlar da vaxtında test olunub,müalicə ala bilsinlər.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?