Şigellyoz | infeksion xəstəliklər

Şigellyoz

Shigellosis

ŞİGELLYOZ

Şigellyoz shigella bakteriyalarının törətdiyi bağırsaq xəstəliyidir.  Əsas əlaməti ishaldır – çox vaxt qanlı olur.

Şigellyoz nəcisdəki bakteriyalarla birbaşa təmas yolu ilə keçir. Məsələn, körpə uşaq baxıcıları uşaq bezlərini dəyişdirdikdən sonra əllərini yaxşı yumadıqda və ya yeni yeriməyə başlayan uşaqlarda tualetdən istifadə qaydalarını öyrətdikdə yoluxma halları baş verir. Şigellalar həm də xarab olmuş qidalarla qidalandıqda, çirkli su mənbələrində üzdükdə və həmin sudan içmək üçün istifadə zamanı da keçir.

Ən çox  2-4 yaşlı uşaqlar şigellyozla xəstələnirlər. Yüngül gedişli  hallarda əlamətlər 1 həftə ərzində aradan qalxır. Müalicə tələb olunduqda isə, həkimlər antibiotiklərdən istifadə edirlər.

SİMPTOMLAR

Şigellyozun əlamətləri və simptomları  bakteriya ilə təmasdə olduqdan 1-2 gün ərzində üzə çıxır, ama inkişafı 1 həftəyə qədər davam edə bilrər. Simptomlara aiddir:

  • İshal (çox vaxt qanlı və ya selikli)
  • Qarın nahiyəsində ağrılar və sancılar
  • Qızdırma

Bəzi insanlarda şigellayla təmasdan sonra əlamətlər üzə çıxmaya bilər, amma onların nəcisində bir neçə həftə şigella bakteriyaları ola bilər.

SƏBƏBLƏR

Xəstəlik təsadüfən şigella bakteriyalarını udduqdan sonra meydana çıxır. Aşağıdakı hallarda bu baş verə bilər:

  • Ağıza toxunduqda.Şigellyozlu uşağın bezini dəyişdirdikdən sonra əllər yaxşıca yuyulmasa, insan özü pzünü yoluxdura bilər. İnsandan insana birbaşa təmas yolu ilə yayılma xəstəliyin yayılmasının ən ümumi yoludur.
  • Xarab olmuş qidalar yedikdə.Yoluxmuş şəxslərin istifadə etdiyi qida maddələrindən istifadə etdikdə yoluxma baş verə bilər. Qida məhsulları çirkab suların yaxınlığında becərilmiş olarsa, həmin məhsullarda şigellaların olması istisna edilmir.
  • Çirkli su içdikdə.Su mənbələri çirkab suların həmin mənbəyə axıdılmasından və ya yoluxmuş şəxsin həmin su mənbəyində üzməsindən dolayı çirklənə bilər.

RİSK FAKTORLARI

  • Yeni yeriməyə başlayan uşaqlar. Şigellyoz 2-4 yaş arası uşaqlarda daha çox rast gəlinir.
  • Antisanitar ərazilərdə yaşamaq və ya səyahət etmək. Zəif inkişaf etmiş ölkələrdə yaşayanlar və ya bu ölkələrə səyahət edənlər şigellyoza daha çox yoluxur.

İnsanlarla sıx təmasda olmaq bakteriyaların insandan insana keçməsinə səbəb olur. Şigellyoz ən çox uşaq baxıcılıq mərkəzlərində, üzgüçülük hovuzlarında, tibb məntəqələrində, həbsxanalarda və hərbi barraklarda rast gəlinir.

AĞIRLAŞMALAR

Şigellyoz əsasən ağırlaşmalarsız aradan qalxır. Baxmayaraq ki, bağırsaqların funksiyalarını bərpa etməsi həftələr və aylarla çəkir.

Ağırlaşmalara aid ola bilər:

  • Dehidratasiya
  • Tutmalar
  • Rektal prolaps
  • Hemolitik-uremik sindrom
  • Reactiv artritlər

DİAQNOZ

İshal və qanlı ishal bir çox xəstəliklərin əlaməti ola bilər.  Diaqnozu təsdiqləmək üçün nəcisdən yaxma hazırlanır və labarator müayinə vasitəsilə ya bakteriya ya da onun toksinləri aşkarlanır.

MÜALİCƏ

Şigellyoz adətən 5-7 gün davam edir. İshal zamanı itirilşim mayenin bərpası lazım olan tək müalicə yolu ola bilər, əgər xəstəliyin gedişi yüngüldürsə.

Leporomid və ya atropin kimi ishal əleyhinə dərmanlardan yayınmaq lazımdır, əks halda vəziyyət daha da ağırlaşa bilər.

Körpələr, yaşlılar və QİÇS xəstələri üçün antibiotiklər zəruridir.

PROFİLAKTİKA

ÜSH-in şigellyoz əleyhinə vaksin hazırlamaq üçün çox çalışmasına baxmayaraq, hələ ki uğur əldə olunmayıb. Şigellyozun yayılmasının profilaktikası üçün əməl edilməlidir:

  • Əlləri tez-tez və yaxşıca yumaq
  • Uşaqlar əllərini yuyarkən onlara nəzarət etmək
  • Kirli bezləri dərhal zibilə atmaq
  • Bez dəyişdirilən ərazini dezinfeksiya etmək
  • Gölməçələrdən, göllərdən təmizlənməmiş su mənbələrindən su içməmək

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?