Skarlatina | infeksion xəstəliklər

Skarlatina

Skarlatina

SKARLATİNA

Boğaz ağrısı olan şəxslərdə inkişaf edən infeksiyadır.O bədəndə parlaq qırmızı  səpkilər,bəzən səpkilərlə birgə boğaz ağrısı və yüksək temperaturla xarakterizə olunur.Boğaz ağrısına səbəb olan bakteriya skarlatinaya da səbəb ola bilər.
Skarlatina əsasən 5-17 yaşlı uşaqlara təsir göstərir.Əvvəllər uşaqlar arasında daha çox rast gəlinməyinə baxmayaraq,günümüzdə xəstəlik nadir hallarda yaranır.Antibiotik müalicəsi xəstəliyin yayılmasını və simptomlarını azaldır.Tədqiqatçılar skarlatinanın azalmasına səbəb olan şeyin niyə boğaz ağrısı hallarını da azaltmadığını araşdırmaqdadır.

BOĞAZ AĞRISI SƏPKİLƏRİ

Səpkilər uşaq və böyüklərdə skarlatinanın ən çox rast gəlinən simptomudur.O adətən günəş yanığına oxşayır və göynəmə hiss etdirir.Qırmızı səpkilərin rəngi bu xəstəliyin niyə skarlatina adlandığını açıqlayır.
Tipik səpki döş qəfəsi və mədədə başlayır və daha sonra bədən üzrə yayılır.Qoltuq,diz və dirsək ətrafı dəri büküşlərində əsasən digər yerlərə nisbətən tünd qırmızı rəngli səpkilər ola bilir.Tipik səpkilər 2-7 gün çəkir.Sonra səpki sönür və təsir görmüş dəri əl və ayaq barmaqlarında olduğu kimi soyulur.

BAŞQA SİMPTOMLAR:

  • qızarıb pörtmüş sifət
  • diz,dirsək,qoltuq ətrafında qırmızı xətt və ya zolaqlar
  • moruğabənzər dul və ya səthi qırmızı nöqtələr olan ağ dil
  • ağ və sarı ləkələrlə boğaz ağrısı
  • 3 dərəcə temperatur
  • titrətmə
  • baş ağrısı
  • şişmiş badamcıqlar
  • ürəkbulanma və qusma
  • boyundakı şişmiş vəzilər
  • dodaq ətrafında solğun dəri

SƏBƏBİ

Skarlatinaya ağız və burun yollarında yaşayan A qrupu Streptokok bakteriyaları səbəb olur.Bu bakteriya toksin və ya zəhər ifraz edir.Bu bakteriyalar bədən səthində parla qırmızı səpkiləri yaradır.

KONTAGİOZLUQ

İnfeksiya xəstə şəxs asqıran və ya öskürən zaman ayrılan damcıyla kontakt zamanı keçir.Bu o deməkdir ki,uşağınız xəstə şəxsin istifadə etdiyi,damcı ilə yoluxmuş nəyəsə toxunsa və sonra əlini ağzına,burnuna və ya gözünə toxundursa infeksiya ilə yoluxa bilər.Onlar xəstə şəxsin qabından yemək yeyərsə və ya eyni yerdən su içərsə də infeksiya ilə yoluxa bilərlər.Skarlatina dəri kontaktı ilə də keçə bilər.

RİSK FAKTORLARI

Skarlatina əsasən 5-15 yaş arası uşaqlara təsir göstərir.Siz infeksiyalı şəxslə yaxın əlaqədə olmaqla skarlatina ilə yoluxa bilərsiniz.

AĞIRLAŞMALARI

Çox hallarda skarlatinanın səpki və digər simptomları 2 həftə ərzində keçib gedir.Lakin buna baxmayaraq,müalicə olunmamış skarlatina bir sıra ciddi fəsadlara səbəb ola bilər:

  • revmotik qızdırma
  • böyrək xəstəlikləri
  • qulaq infeksiyaları
  • dəri infeksiyaları
  • boğaz absesləri
  • pnevmoniya
  • artrit

Bu ağırlaşmaların çox vaxt,dərhal,müvafiq skarlatina müalicəsi tətbiq olunması halında qarşısı alına bilir.

DİAQNOZ

Uşağınızın həkimi əvvəlcə skarlatina əlamətlərini təyin etmək üçün fiziki testlər aparır.Test zamanı həkim uşağın dilinə,boğazına,badamcıqlarına nəzər  yetirməlidir.Onlar bu testlərlə böyümüş limfa düyünlərinə baxırlar və səpkilərin teksturasını,görünümünü araşdırırlar.
Əgər həkim skarlatinadan şüphələnərsə,boğazdan nümunə üçün yaxma götürəcəkdir.Buna boğaz tamponu və ya boğaz kulturası deyilir.Nümünə A qrupu streptokoklarin mövcudluğunun olub-olmadığı müəəyən etmək üzrə laboratoriyaya göndəriləcək.

MÜALİCƏ

Skarlatina əsasən antibiotiklərlə müalicə olunur.Antibiotiklər bakteriyaları öldürür və infeksiyaya səbəb olan bakteriya ilə savaşan bədənimizin immun sisteminə kömək edir.Uşağınızın təyin olunan dərmanları tamamını qəbul etməsinə diqqət  yetirməlisiniz.Bütün bunları etmək xəstəliyin yenidən yaranmasının qarşısını alacaqdır.Siz həm də qızdırmaya nəzarət etmək üçün aspirin (Bayer) və ya ibuprofen (Advil, Motrin) kimi çox sayda dərman preparatları da verə bilərsiniz.
Həkim boğaz ağrısını azaltmağa kömək eən dərman preparatları da təyin edə bilər.Bundan başqa müalicə vasitələrinə dondurma,isti sup,soyuq şeylər yemək aiddir.Duzlu su ilə qarqara istifadə edərək də boğaz ağrısı və şiddətini azalda bilərsiniz. Dehidratasiyanın qarşısını almaq üçün bol su içmək vacibdir.
Uşağınızın ən azı antibiyotik qəbul etdikdən 24 saat sonra artıq qızdırması yoxdursa məktəbə göndərə bilərsiniz.Vaksinlərin güclü inkişafda olmasına baxmayaraq,skarlatinaya qarşı vaksin hələki yoxdur.


PROFİLAKTİKA

Düzgün gigiyena vərdişləri skarlatinanın qarşısını almaq üçün ən yaxşı yoldur. Uşaqlarınıza öyrətmək üçün bəzi məsləhət görülən vərdişlər:

  • yemək yeməzdən öncə və ayaqyolunda olduqdan sonra əlinizi yuyun
  • Asqıranda və ya öskürəndə ağzınızı bağlayın
  •  
  • İnsanlarla qabları və digər şəxsi əşyaları paylaşmayın

SİMPTOMLARI TƏNZİMLƏMƏK

Scarlatina antibiotiklərlə müalicə edilməlidir. Ancaq skarlatina simptomlarını və narahatlığı azaltmaq üçün bunları edəbilərsiniz:

  • Boğazınızı sakitləşdirmək üçün isti çay və ya sup için
  • Yemək yemək ağrılıdırsa yumşaq və sulu yemək yeməyə çalışın
  • Boğaz ağrısını azaltmaq üçün OTC asetaminofen (Tylenol) və ya ibuprofenin alın.
  • Səpkilərin qaşınmasının qarşısını almaq üçün dırnaqlarınızı kəsin
  • Qaşıntıları aradan qaldırmaq üçün OTC qaşınma əleyhinə krem və ya dərman vasitəsini istifadə edin
  • Boğazı nəmləndirmək və dehidrasiyadan qaçmaq üçün su istifadə edin

  • Boğaz pastaları istifadə edin. Mayo Kliniğinin məlumatlarına görə, 4 yaşdan yuxarı olan uşaqlar, boğaz ağrılarını sakitləşdirmək üçün pastaları rahatlıqla istifadə edə bilər.
  • Nəfəs alarkən havada siqaret kimi qıcıqlandırıcılardan uzaq durun
  • Duzlu su ilə boğaz ağrısına görə qarqara edin
  • Quru havadan boğaz qıcıqlanmasını dayandırmaq üçün havanı nəmləndirin.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?