TONZİLLİT ANGİNA

TONZİLLİT ANGİNA

TONZİLLİT ANGİNA

Tonzillit hər il milyonlarla insanlarda yaranan badamcıq iltihabıdır.Narahatçılıq verməsinə baxmayaraq tonzillit nadir hallarda ciddi sağlamlıq problemi yarada bilir.Badamcıqlar boğazın arxasında yerləşir. Onlar immun sisteminin bir hissəsini təşkil edən lenfoid toxumalardan təşkil olunmuşdur. Ümumiyyətlə, insanlarda 4 tip badamcıq vardır, ancaq adətən,tonzillit damaq badamcıqlarında yaranır.
Damaq badamcıqları normal halda görünən tək badamcıqlar.Badamcıqlar yeniyetməlik dövründə ən böyük ölçüsünə çatır və bundan sonra yavaş-yavaş kiçilir. Badamcıqlar, bədənin ətrafdakı bakteriyalara, viruslara və xəstəliyə səbəb olan digər mikroorqanizmlərə qarşı ilk müdafiə sərhəddidir.
Badamcıqların üzərindəki xüsusi hüceyrələr immun sistemdəki T və B hüceyrələri oyadır və immun müdafiyəni yaradır.Badamcıqlar özü də T hüceyrələr ifraz edirlər.
İnsanların böyük əksəriyyəti,müalicəsiz də, bir neçə gün içində tam tonzilitdən xilas ola biləir.Çox vaxt simptomlar 7-10 gün ərzində keçib gedir.

SƏBƏBLƏRİ

Badamcıqlar xariclə ilk müdafiə sərhəddi olduğundan infeksiyaya məruz qalır.Əsasən tonzillit viral olur,lakin bəzən bakterial da ola bilir.Əgər A qrup setreptokoklardan olan bakteriya tonzillitə səbəb olarsa bu “Strep boğazı” adlanır.Virus və ya bakteriyal mənşəli olmasından asılı olmayaraq, tonzillit yoluxucudur.Bununla yanaşı,tonzillit sinusit və ya qızdırma kimi ikincili xəstəliyə səbəb olarsa, infeksiya olma ehtimalı yoxdur.

VİRAL SƏBƏBLƏR:

Tonsillit ən çox viral infeksiyaya səbəb olur. Tonzillit yaradan viruslar:

  • Adenovirus-soyuqdəymə və boğaz ağrısı ilə müşahidə olunur
  • Rinovirus-əsasən soyuqdəymə ilə müşahidə olunur
  • İnfluenza-əsasən qrip adlanır
  • Respirator sinsitial virus-tez-tez kəskin respirator infeksiyalara səbəb olur
  • Koronavirus-insanlara yoluxan iki alt tipi vardır

Daha az hallarda olsa da bunlar da viral tonzillit yaradır:

  • Epstein-Barr virusu
  • Sadə herpes
  • Sitomeqalovirus

BAKTERİAL SƏBƏBLƏR:

Tonzilitə ən çox Streptococcus pyogenes səbəb olur.Lakin bundan başqa bəzi bakteriyalar da tez-tez infeksiyaya səbəb olur:

  • Staphylococcus aureus
  • Mycoplasma pneumonia
  • Chlamydia pneumonia
  • Bordetella pertussis
  • Fusobacterium sp.
  • Neisseria gonorrhoeae

SİMPTOMLARI

Tonzilitin ən çox görülən simptomları bunlardır:

  • boğaz ağrısı və udqunan zaman ağrı
  • irin dolu ləkələrlə dolu qırmızı şişmiş badamcıqlar
  • yüksək temperaturbaş ağrısı
  • çətin udqunma
  • qulaq və ya boyunda ağrı
  • yorğunluq
  • yuxusuzluq
  • öskürək
  • titrəmə
  • limfa düyünlərinin şişməsi

Daha az rast gəlinən simptomlar:

  • yorğunluq
  • mədə ağrısı,ürəkbulanma və qusma
  • ərplə örtülü (tüklü) dil
  • danışıqda səsin dəyişməsi
  • çətin nəfəsalma
  • ağzı açmada çətinlik

Bəzi hallarda tonzillilolit adlanan badamcıq daşarına rast gəlinə bilir.Bu daşlar badamcıqdakı çatlarında kirəcləşmiş maddə yığınıdır.Onlar əsasən kiçikdir, lakin nadir hallarda tonzilolitlər 30 santimetr və da böyük ola bilir.Tonzilolitlərin çıxarılması çətin olub,narahatçılıq versə də əsasən onlar zərərli deyildir.

HƏKİMƏ GÖRÜNMƏLİSİNİZ

Nadir hallarda da olsa, tonzillit bəzən boğazda tənəffüsü çətinləşdirəcək qədər şişməyə səbəb ola bilər. Əgər bu baş verərsə,dərhal tibbi müdaxilənin olunması vacibdir.Bundan əlavə, əgər bir şəxs aşağıdakı əlamətlərdən birini yaşayırsa, həkimə müraciət etməlidir:

  • temperatur 39-40’C-i keçərsə
  • sərtləşmiş boğaz
  • əzələ zəifliyi
  • 2 gündən çox çəkən boğaz ağrısı

DİAQNOZ

Tonzillit diaqnozu üçün həkim işə ümumi müayinə ilə başlayır və çoxlu ağ ləkələrlə dolu şişkin badamcıq sahələrini axtarır.Həkim boğazın həm də xaricində müayinə apararaq şişmiş limfa vəzilərini və nadir hallarda meydana gələn səpkiləri axtarır.Eyni zamanda infeksiyanın viral və ya bakterial səbəblə olub-olmadığını müəyyən etmək üçün laboratoriya tərəfindən daha dəqiq yoxlanılması üçün infeksiya sahəsindən yaxma götürülə də bilir.
Həmçinin diaqnozda ümui qan analizindən də istifadə olunur.

MÜALİCƏ

Müalicənin ilk yolu ev şəraitində qulluqdur.Bunlar evdə tonsillit əlamətlərini azaltmaq üçün istifadə olunan ən sadə üsullardır:

  • Dincəlmə, bədəndəki gücü gündəlik fəaliyyətlərdə istifadə etmək əvəzinə,enerjini infeksiyaya qarşı mübarizəyə xərcləməyə imkan verir.
  • Bol miqdarda maye qəbulu, boğazın qurumasının və narahatlığının qarşısını alır. Bədən bir infeksiya ilə mübarizə etdiyi zaman normaldan daha çox maye tələb edir. İsti maye qəbul etmək istəyirsinizsə,kofeinsiz içkilərdən istifadə edə bilərsiniz.
  • Duzlu su ilə qarqara
  • Rahatlıqla əlinizin altında tapacağınız sorma həblərdən istifadə etmək ağrınızı azaltmağa kömək edəcəkdir.
  • Spreylərdən istifadə etmək və ya buxar vannası qəbul etmək quru havanın yaratdığı qıcıqlanmanı aradan qaldıracaqdır.
  • Tütün və ya tüstü kimi qıcıqlandırıcılardan uzaq durun.
  • İbuprofen və ya asetaminofen kimi dərman preparatları qəbul edərək, ağrı və qızdırmanızı aradan qaldıra bilərsiniz.

ANTİBİOTİKLƏR:

Tonzillitə bakterial infeksiya səbəb olduqda,həkim antibiotik təyin edir. Antibiotiklər,viral infeksiya hallarında tətbiq olunmur.Penisilin tonzillit zamanı ən çox istifadə edilən antibiotikdir. İnsanlar simptomlarının yüngülləşməsindən asılı olmayaraq,dərman preparatlarını tam kurs qəbul etməlidirlər. Əks halda,infeksiyanın yayılmasına,uzun müddətli revmatizmal qızdırma və ya böyrək iltihabına gətirib çıxara bilər.

CƏRRAHİYYƏ

Əvvəllər cərrahi əməliyyat tonzillit üçün ümumi bir yanaşma idi və bir çox hallarda həyata keçirilirdi. Bu gün üçün isə tonzillektomiya tonzillit xroniki hal almadığı və təkrarlanmadığı təqdirdə istifadə edilmir. Məsələn, əgər bir adam il ərzində yeddi dəfə tonzillitlə qarşılaşarsa və ya 3 ildir 3 dəfə eyni halı keçirirsə,həkim əməliyyat haqqında düşünə bilər.Badamcıqların yetkinlik dövründə getdikcə daha az fəal olmasına baxmayaraq, onlar aktiv bir orqan hesab olunur və buna görə də,həkimlər zəruri hal olmadıqda onları çıxarmırlar.Badamcıqlar,aşağıdakı ikincili hallara səbəb olursa, tonzillektomiya əməliyyatı zəruri ola bilər:

  • gecə nəfəs problemləri ilə müşahidə olunan,yuxu apnesi
  • nəfəs almada və ya udma da çətinlik
  • müalicəsi çətin olan abses
  • tonzillar selülit-infeksiya digər sahələrə yayılır və badamcıqların arxasında iltihab yığılmasına səbəb olur.

Tonzillektomiya tələb olunursa, istifadə edilən bir çox müxtəlif üsullar vardır. Lazerlər, radio dalğaları, ultrasəs enerjisi, coblation (soyuq temperatur) və ya elektrokoteriya (elektriklə qızdırılan bir iynə) badamcıqların çıxarılması üçün istifadə olunur.Cərrahi müdaxilə getdikcə sıxışdırılır.Tonzilloktemiyanın mənfi yönlərinin,əməliyyatla nail olunan pozitiv yönlərdən daha böyük olduğu düşünülür.Ümumiyyətlə,müəyyən vaxtlığına narahatlıq verməsinə baxmayaraq, insanların böyük əksəriyyəti üçün tonzillit heç bir ciddi uzunmüddətli nəticə olmadan keçib gedəcəkdir.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?