Xolera əsasən çirklənmiş su ilə yayılan bakterial infeksiyadır. Xolera kəskin ishal və dehidratasiyaya səbəb ola bilər. Müalicə olunmazsa saatlar içində şəxsin ölümünə səbəb ola bilər.
Müasir kanalizasiya sistemləri və təmiz içməli su mənbələrinin olması inkişaf etmiş ölkələrdə vəbanın aradan qaldırılmasını təmin etmişdir. Amma vəba Africa, Cənub-şərqi Asiya, Haiti kimi ölkələrdə təhlükə mənbəyi olaraq qalmaqdadır. Xolera epidemiyasının baş verməsinin əsas risk amilləri yoxsulluq, müharibə və ya təbii fəlakətlər nəticəsində insanların antisanitar şəraitdə kütləvi toplaşmasıdır. Xolera rahat müalicə olunan xəstəlikdir. Ölümün səbəbi olan dehidratasiya sadə və ucuz rehidratasiya məhlulları ilə asanlıqla aradan qaldırıla bilir.
SİMPTOMLAR
Xolera bakteriyaları – Vibrio Cholerea çox insana yoluxa bilər, lakin onlar xəstələnmir və infeksiyaya yoluxduqlarından xəbərləri olmur. Lakin onlar 7-14 gün ərzində nəcisləri ilə ətraf mühitə yoluxdurma qabiliyyətinə malik bakteriyalar xaric edir. Xoleranın ən simptomatik əlaməti yüngül və orta dərəcəli ishaldır və digər səbəblərdən törənən ishallardan fərqləndirmək çətindir.
10 xəstədən yalnız 1-də yoluxmadan bir neçə gün sonra Xoleranın daha ciddi əlamətləri üzə çıxa bilir. Simptomlara aiddir:
Dehidratasiya maye-duz balansını təmin edən elektrolitlərin və mineralların qandan itirilməsinə səbəb olur. bu elektrolit balansının pozulması adlanır və ciddi əlamətlərlə özünü göstərir.
UŞAQLARDA Xoleranın ƏLAMƏTLƏRİ
Ümumiyyətlə, uşaqlarda da Xoleranın əlamətləri böyüklərdəki ilə eynidir. Amma onlar maye itirilməsi nətiəsində qanda şəkərin azalmasına (hipoqlikemiya) daha
həssasdırlar və bu da səbəb ola bilər:
SƏBƏBLƏR
Xoleranın törədicisi Vibrio Cholerea bakteriyalarıdır. Amma Xolera zamanı ölümcül effektlərin səbəbi vəba bakteriyalarının nazik bağırsaqlarda hazıqladıqları toksin – CTX toksinidir. CTX bağırsağın divarına bağlanır. Bu bədənin lazım olandan qrtıq miqdarda maye xaric etməsinə səbəb olur.
Xolera infeksiyasının əsasə mənbəyi çirkli su mənbələridir. Bundan əlavə çiy dəniz məhsulları, çirkli meyvə və tərəvəzlər və başqa qida maddələri infeksiyanın yaranmasına səbəb ola bilər.
RİSK FAKTORLARI
Vəbaya qarşı hər kəs həssasdır. Lakin bəzi risk faktorları var ki, vəbaya yoluxma ehtimalını daha da artırır:
AĞIRLAŞMALAR
Xolera tezliklə ölümlə nəticələnə bilər. Ağır hallarda, maye və elektrolitlərin sürətlə itirilməsi nəticəsində 2-3 saat müddətində ölüm baş verir. Daha yüngül vəziyyətlərdə isə müalicə alınmazsa xəstə dehidratasiya və şok səbəbindən bir neçə gün ərzində ölür.
Şok və dehidratasiyadan əlavə aşağıdakı əlamətlər də meydana çıxa bilir:
PROFİLAKTİKA
DİAQNOZ
Baxmayaraq ki Xoleranın əlamətləri və simptomları endemik ərazilərdə asanlıqla aşkar olunur, diaqnozu təsdiqləmək üçün nəcis nümunəsində bakteriyanı aşkarlamaq lazımdır.
Hazırda sürətli xolera testləri var ki, bu da ucqar ərazilərdə xəstəliyin erkən diaqnostikası üçün istifadə olunur.
MÜALİCƏ
Xolera təcili müalicə tədbirləri tələb edir, əks halda ölümə səbəb ola bilər.