Zika xəstəliyi | infeksion xəstəliklər

Zika xəstəliyi

ZİKA, zika xesteliyi

Zika virusu insanlara yoluxmuş ağcaqanadın dişləməsi vasitəsi ilə keçir.Bu virus həmçinin hamilə qadınlarda dölə keçə bilər və ya cinsi yolla yoluxa bilər. Zika virusunun törətdiyi xəstəliyin (Zika xəstəliyi) əsas simptomlarına qızdırma, səpgilər, oynaq ağrıları və konyuktivit aiddir.Zika virusu ilə yoluxmuş bir çox insanlarda simptomlar üzə çıxmaya bilər və həmin insanlar yoluxmuş olduqları barədə məlumatsız ola bilərlər. Simptomları olan şəxslərdə xəstəlik orta ağırlıqlı dərəcədə keçir və bir neçə gündən bir neçə həftəyə qədər davam edir.Hamiləlik dövründə Zika xəstəliyi döldə defektlərinin yaranmasına səbəb ola bilər .Xəstəliyin profilaktikası üçün vaksinlər və müalicə üçün dərman vasitələri mövcud deyil. Nadir hallarda hospitalizasiyaya ehtiyac yaranır və ölümlər çox az hallarda baş verir.Virusun yayılmasında əsas rol oynayan Aedes ağcaqanadları dünyada geniş yayılmışdır.

Profilaktika qaydaları

  • - Ağcaqanad dişləmələrindən mühafizə olunmaq
  • - Ətraf Mühiti Qoruma Agentliyinin (Environmental Protection Agency – EPA) təklif etdiyi ağcaqanad əleyhinə vasitələrdən – DEET, pikaridin, limon və evkalipt yağı, para-metan-diol və ya 2-undekanon istifadə etmək.
  • - Uzunqollu köynəklər və uzun şalvarlar geymək və ağcaqanadların daxil ola bilməyəcəyi yerlərdə dayanmaq.
  • - Paltarları geyməzdən qabaq permetrinlə işləmək və ya permetrinlə işlənmiş paltarlar almaq.
  • - Hamilə qadınlar virusun yayıldığı ərazilərə səyahət etməməlidir.

Bəzi ərazilərdə, məsələn Puerto Rikoda permetrin məhsulları həddən artıq istifadə edildiyi üçün bu ərazilərdə ağcaqanadlar permetrinə qarşı davamlılıq əldə etmişlər. Belə ərazilərdə permetrindən istifadə effektiv deyildir.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Sepsis

Sepsis

cholera, veba

Xolera

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?