Bruselloz

Bruselloz

Bruselloz

İnsanlar arasında bruselyoz dünyada ən tez-tez rast gələn zoonoz xəstəlikdir, müəyyən ölkələrdə insidentliyi 100 000 nəfərlik populyasiyada 10 hadisəni aşır, xüsusilə kasıb, kənd şəraitində yaşayan insanlar arasında rast gəlir.

Nadir hallarda ölümcüldür, lakin residivlər zəiflədici və məhvedici təsir göstərə bilər. B sinfindən olan bioloji terror vasitəsi sayılır, aerozolla asanlıqla yayılır və mikrobioloji laboratoriyalarda ciddi təhlükə təşkil edir.

Xəstəlik törədən 4 əsas insan patogeni bunlardır: Brucella melitensis , B abortus , B suis və B canis .

Şimali Avropa və Şimali Amerikadakı bruselyoz hadisələrinin əksəriyyəti ölkədən xaricdə qazanılır və/və ya pendir daxil olmaqla, pasterizə edilməmiş süd məhsullarının yeyilməsi nəticəsində ötürülür.

Xəstəlik hər hansı orqan sisteminə təsir edə bilər və beləliklə, bir çox yolla , xüsusilə naməlum etiologiyalı hərarət kimi özünü biruzə verir, əlaqəli revmatik əlamətlər xəstəlik hadisələrinin təxminən 50%-də özünü göstərir. Diaqnoz kliniki mənzərə və laboratoriya sınaqlarına əsaslanır.

Kombinəolunmuş antibiotik terapiyası əsas müalicədir və simptomların residiv verməsinin qarşısını almaq üçün uzun müddət istifadə edilməlidir. Optimal müalicə rejimi üzrə razılıq yoxdur.

Bruselyoz müxtəlif orqanlar, toxumalar və sistemlərə təsir edə bilən zoonoz xəstəlikdir. İnsanlarda onun törədicisi Brucella növləridir, xüsusilə, B melitensis , B abortus , B suis və B canis (və daha nadir hallarda B pinnipediae , B cetaceae və B inopinata BO1 ) sayılır, bunlar heyvan rezervuarlarından insanlara keçən qram-mənfi bakteriyalardır. Şimali Avropa və Şimali Amerikadakı bruselyoz hadisələrinin əksəriyyəti ölkədən xaricdə qazanılır və/və ya pendir də daxil olmaqla, pasterizə edilməmiş süd məhsullarının yeyilməsi nəticəsində ötürülür. Xəstəlik residiv verir və nadir hallarda xroniki olur, lakin xroniki bruselyozun təyin və təsnifatı ziddiyətli olaraq qalır.  Brucella növləri infeksiyanın tənəffüslə asan şəkildə yayıla bildiyindən B sinfindən olan bioloji terror vasitəsi kimi tanınır.

Etiologiya

Bruselyoz peşə xəstəliyidir, əsasən, fermerlər, heyvandarlar, sallaqxana işçiləri və baytar həkimləri və laboratoriya heyətini yoluxdurur. İnsanlarda xəstəliyin əsas törədiciləri bunlardır: B melitensis , B abortus , B suisvə bəzən B canis . B melitensis daha aqressiv və kəskin təzahürlərlə əlaqələndirilir və dünyada insanları ən tez-tez yoluxduran növdür. B abortus , adətən, mülayim və orta xəstəliklə əlaqələndirilir və nadir hallarda əzələ-sümük sistemindən kənar fəsadlar törədir. B suis ocaqlı abseslərlə əlaqələndirilmişdir. B canis daha tez-tez residiv verir, lakin xroniki bruselyozla tez-tez əlaqələndirilmir. İnsanların dəniz məhsullarından yoluxması ( B cetaceae və B pinnipediae ) son zamanlarda aşkar edilib və xəstəlik hadisələri nadirdir. Heyvanlar və sporadik insan xəstəlik hadisələri arasında yeni aşkar edilmiş digər növlər vardır, bunlara B inopinata BO1 daxildir və o, süd vəzisi implantları ilə əlaqələndirilmişdir. 

Orqanizmlər müxtəlif müddət ərzində süddə, pendirdə və qaymaqda canlı qala bilər, istehsaldan sonra 11 həftəyə qədər süd məhsullarından kultura yolu ilə təcrid edilə bilər. Orqanizm, həmçinin, sidik və nəcis daxil olmaqla, heyvan ifrazatları və döllənmə məhsullarından yayıla bilər. Onlar xüsusilə nəm torpaqda uzun müddət canlı qalır (2 ilə qədər) və beləliklə, insan və heyvanları yoluxdurmağa davam edir. 

İnsanlar infeksiyanın yekun sahibləridir və kontaminasiya olunmuş qidanın, xüsusilə pasterizə edilməmiş süd və yumşaq pendir, kefir və laban kimi süd məhsullarının, nadir hallarda çiy ətin yeyilməsi daxil olmaqla, müxtəlif yollarla bruselyoza yoluxa bilərlər. Fermalarda infeksiya yoluxmuş heyvan məhsulları, xüsusilə doğuş məhsulları ilə birbaşa təmas nəticəsində və ya qurumuş döllənmə məhsullarının yoluxmuş aerozollarının tənəffüslə udulması və ya yoluxmuş materialın laboratoriyada gözün selikli qişası ilə aerozol və ya sıçrantı yolu ilə təması nəticəsində baş verir. Baytar həkimlər diri heyvan peyvəndləri ilə təsadüfi inokulyasiya vasitəsilə bruselyoza yoluxa bilərlər. Daha nadir hallarda, bruselyoz insanlara kəsik və ya cırmaq vasitəsilə birbaşa inokulyasiya yolu ilə keçə bilər. Əlavə olaraq, cinsi, cift yolu ilə və ana südü ilə yoluxma halları qeydə alınmışdır. Nadir hallarda olsa da, orqan və ya toxuma köçürülməsi və/və ya qan köçürülməsi nəticəsində yoluxma baş verə bilər. 

Patofiziologiya

Qida qəbulu və ya inokulyasiyadan sonra, Brucella növləri selikli qişaya daxil olur, burada polimorfonuklear leykositlər və fəallaşmış makrofaqlar bakteriyanı öldürmək üçün immun reaksiyasına təkan verir. Lakin brusellalar faqosomların bakterisid təsiri ilə əks-təsir göstərərək, hüceyrə daxilində çoxala və canlı qala bilər.  Sonra onlat limfalar vasitəsilə hüceyrədaxili yolla retikuloedotelial hüceyrələrlə zəngin olan orqanlara daşınır və buradan digər orqan və toxumalara keçərək iltihab, qranulyomaların yaranması, nekroz və absesin yaranymasına səbəb olur. Heyvanlarda infeksiya eritritolla zəngin ciftdə lokallaşır; bu təsir insanlarda daha az müşahidə olunur, lakin yenə də abort və ya uşaqsalma ilə nəticələnə bilər. Yoluxmadan sonra immunitet sabit deyil və insanlarda təkrar yoluxma, habelə residivlər qeydə alınır. İİV infeksiyası olan insanlarda bruselyozun rastgəlmə tezliyi və ya ağırlığında artım qeydə alınmır.

Klinika

Xəstələrin 90%-dən çoxunda hərarətin yüksəlməsi qeydə alınır. Xəstələr, adətən, çox zəif görünür və onlarda aşkar depressiya vəziyyəti olur, lakin onlar nadir hallarda yoluxmuş kimi görünür. Onlar latent anemiyaya görə solğun görünə bilərlər.

Sümük-oynaq əlamətləri xəstələrin 40-50%-də rast gəlir və onlara oynaqlarda şişkinlik və həssaslıq, bursit, oynaqların hərəkət diapazonunun azalması və nadir hallarda oynaq effuziyası daxildir.  Onurğa və ya oma-qalça oynaqları həssas ola bilər, lakin ümumi deformasiya nadir hallarda rast gəlir və daha çox vərəmə işarə edir.

Xəstələrin üçdə birində palpasiya olunan hepatomeqaliya və/və ya splenomeqaliya qeydə alınır. Böyüklər arasında xəstəlik hadisələrinin təxminən 10%-də limfadenopatiya mövcud olur, lakin uşaq bruselyoz xəstələrinin təxminən 2/3-də qeydə alınır. Kişi xəstələrin 5-10%-də orxit olur, bu, bəzən üstünlük təşkil edən kliniki əlamətdir. 

Xəstələrin təxminən 4%-də meninqoensefalit (məs., ənsə əzələlərinin rigidliyi) əlamətləri və bəzən ocaqlı vaskulit beyin yaraları və ya kəllə-beyin siniri yaraları (ocaqlı sinir pozğunluğu) kimi kliniki əlamətlər mövcud olur. Uzunmüddətli nevroloji əlamətlər nadir hallarda rast gəlir. Gözlərin zədələnməsi, gözlərin qızarması (göz damarlarının iltihabı və ya konyunktivit) nadir hallarda rast gəlir.

Endokardit nadir, lakin ciddi problemdir (xəstələrin təxminən 1%-də), adətən, aorta klapanına təsir edir və bruselyozun 1-5%-lik ölüm göstəricisinin əksəriyyətinin səbəbidir.  Konsolidasiya və ya effuziyaya işarə edən ağciyər əlamətləri tez-tez rast gəlmir və perkussiyada kütlük, hava girişinin azalması və auskultasiya zamanı xışıltını əhatə edir.  Öskürəkli xəstələrin döş qəfəsində daha bir neçə kliniki əlamət ola bilər.

Bəzən qeyri-spesifik makulo-papulyoz və ya vaskulitik dəri səpgisi müşahidə oluna bilər.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?